Lerik Rayon Heydər Əliyev Mərkəzi

Lerik Rayon Heydər Əliyev Mərkəzi

Lerik Rayon Heydər Əliyev Mərkəzi 25 iyun 2010-cu il tarixində möhtərəm Prezidentimiz İlham Əliyevin iştirakı ilə açılaraq istifadəyə verilmişdir.

heydaraliyev-centers.az

Lerik Rayon Heydər Əliyev Mərkəzinə qonaqların ziyarəti

https://heydaraliyev-centers.az/lerik/news/7689

heydaraliyev-centers.az 06.02.2020 - ci il tarixində məktəblilər və Uğur Kurslarının müəllim heyəti Lerik Rayon Heydər Əliyev Mərkəzində oldular. Mərkəzin əməkdaşı Bahar Mürsəliyeva Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən eksponatlar barədə qonaqlara geniş məlumat verdi.

heydaraliyev-centers.az

Milli Məclisə keçiriləcək növbədənkənar parlament seçkilərində ilk dəfə səs verəcək gənclərin iştirakı ilə maarifləndirici toplantı keçirilmişdir

https://heydaraliyev-centers.az/lerik/events/7688

heydaraliyev-centers.az 06 fevral 2020-ci il tarixdə Lerik rayon Gənclər və İdman İdarəsinin və Lerik Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Lerik şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edi...

heydaraliyev-centers.az

Lerik Rayonunda “Gələcəyin birİNCİləri” intellektual oyunu keçirilmişdir

https://heydaraliyev-centers.az/lerik/events/7691

heydaraliyev-centers.az Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gələcəyin birİNCİləri” intellektual oyun layihəsi çərçivəsində 6 fevral 2020 - ci il tarixində Lerik rayonunda Heydər Əliyev Mərkəzində intellektual oyun təşkil olunub. Oyunda hər komandanın tərkibin...

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gələcəyin birİNCİləri” intellektual oyun layihəsi çərçivəsində 6 fevral 2020 - ci il tarixində Lerik rayonunda Heydər Əliyev Mərkəzində intellektual oyun təşkil olunub. Oyunda hər komandanın tərkibində 6 nəfər iştirakçı olmaqla 7 komanda iştirak etdi.

Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri Famil Məmmədov Azərbaycan Respublikasının Gənclər Fondu, layihə və layihənin məqsədləri haqqında komanda üzvlərini məlumatlandırıb və iştirakçıları yarışda fəal olmağa çağırıb.

Tədbirdə çıxış edən Lerik Rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov dövlətin gənclər siyasəti, gənclərin hərtərəfli inkişafı üçün yaradılmış infrastrukturla məlumat verərək yarış iştirakçılarına uğurlar arzulayıblar.

Yarışın aparıcısı Ramal Ağazadə qaydalar barədə iştirakçılara məlumat verib və komandaların adlarını müəyyənləşdikdən sonra intelektual oyunun başladığını elan edib.

Yarışın nəticələrinə əsasən ilk 3 yeri qazanan komandların üzvlərinə təşkilat komitəsi tərəfindən diplomlar verilib.

Layihənin həyata keçirilməsində əsas məqsəd gənclərin asudə vaxtını səmərəli keçirmək və onları intellektual oyunlara cəlb etməkdir.

06.02.2020 - ci il tarixində Uğur Kurslarının müəllim heyəti Lerik Rayon Heydər Əliyev Mərkəzində oldular.

Lerik Rayon Gənclər və İdman İdarəsi

Lerik rayonunda gənclərin seçki fəallığının artırılması məqsədilə dəyirmi masa keçirilmişdir.

06 fevral 2020-ci il tarixdə Lerik rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Lerik şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Gənclər arasında seçki prosesinin və seçkilərdə (referendumda) iştirakın təbliği, ilk dəfə səs verən gənc seçicilər arasında maarifləndirmə işinin təşkili maddəsinin icrasına uyğun olaraq Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə ilk dəfə səs verəcək gənclərin iştirakı ilə maarifləndirici toplantı keçirilmişdir.
Toplantıda Lerik rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov, Lerik rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Orxan Abbaszadə, 78 saylı Lerik Dairə Seçki Komissiyasının üzvü Hüsaməddin Abbasov, Heydər Əliyev Mərkəzinin əməkdaşı Bahar Mürsəliyeva və ilk dəfə səs verəcək 32 nəfər gənc iştirak etmişlər.
Tədbiri Lerik rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov açaraq qonaqları və ilk dəfə səs verəcək gəncləri salamladı, ölkəmizdə gənclər üçün yaradılan yüksək şəraitdən, onlara göstərilən diqqət və qayğıdan danışdı. “Azərbaycan Respublikası regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Lerik rayonunda nəzərdə tutulmuş layihələr haqqında gənclərə məlumat verdi. O, gənclərə Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş seçki hüququndan istifadə etməyi və seçkilərdə fəallıq nümayiş etdirməyi tövsiyə etdi.
Tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin gənc əməkdaşı, Lerik şəhər bələdiyyəsinin üzvü Bahar Mürsəliyeva çıxış edərək gənclərin ölkənin ictimai-siyasi həyatındakı rolundan söz açdı. Özünün 23 dekabr bələdiyyə seçkilərinə qatıldığını və Lerik bələdiyyəsinə üzv seçildiyini bildirdi. O gəncləri seçki prossesində fəal olmağa çağırdı.
Tədbirdə 78 saylı Lerik Dairə Seçki Komissiyasının üzvü Hüsaməddin Abbasov seçki hüququndan istifadə, ümumilikdə seçkinin əhəmiyyəti və vətəndaşın rolu, seçki günü şəxsin səsvermədə iştirakı barədə gənclərə məlumat vermişdir. Mövzu ətrafında gənclərdən Pərviz Ağaxanlı, Murad Şıxəliyev, Rahilə Rəcəbovanın fikirləri dinlənildi, gənclərin sualları cavablandırıldı.
#seçki2020
#GənclərvəİdmanNazirliyi
#MysGovAz
#Mysaz
#Gənclərsiyasəti
#GəncLİNK
#LerikGİİ

06.02.2020 - ci il tarixində məktəblilər Lerik Rayon Heydər Əliyev Mərkəzində oldular. Şagirdlərə Mərkəzin əməkdaşı Bahar Mürsəliyeva Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən eksponatlar barədə şagirdlərə geniş məlumat verdi.

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

#memim #kecmiseseyahet
6 fevral 1905-ci il tarixində Bakıda erməni-daşnak silahlı dəstələrinin müsəlman əhaliyə qarşı kütləvi qırğınları başlayıb. Çar Rusiyası hakim dairələrinin ölkədəki inqilab dalğasından diqqəti yayındırmaq üçün təhrik etdikləri toqquşmalar fevralın 9-dək davam edib və erməni silahlı dəstələri mindən çox müsəlman-türkü qətlə yetiriblər. Bakıda bir müddət hərbi vəziyyət elan edilib, lakin erməni silahlı qüvvələrinin müsəlman əhaliyə qarşı hücumları fasilələrlə sonrakı dövrdə də (1907-ci ilədək) davam edib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət Nazirliyinin dəstəyi ilə yeni kitablar nəşr olunub

Ətraflı: http://mct.gov.az/az/umumi-xeberler/12032

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Polad Bülbüloğlunun 75 illik yubileyi cəbhə bölgəsində qeyd olunub

Ətraflı: http://mct.gov.az/az/umumi-xeberler/12023

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

#memim #mct #genclergunu #gencliyinsesi
Fevralın 3-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Gənclər Günü münasibətilə təşkil olunan ənənəvi “Gəncliyin səsi” festivalının açılış mərasimi keçirildi.
Festivalda Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin rəhbərliyi və əməkdaşları iştirak edib.
Festivalda ölkəmizin regionlarından da gənclərin təmsil olunduğunu deyən nazir bildirdi ki, təqdim olunacaq proqram gənclərimizin yaradıcılıq mənzərəsini ortaya qoyacaq: “Biz gənclərə gələcəyin formalaşdırılmasında öz yaradıcı potensiallarını nümayiş etdirmələrinə şərait yaratmalıyıq. Buna görə də müxtəlif sahələrdə yüksək nailiyyətlər qazanmış gənclərin mükafatlandırılması, istedadlı gənclərin beynəlxalq festival və müsabiqələrdə iştirakı həmişə dövlət tərəfindən dəstəklənir. Dövlət başçısının sərəncamı ilə təsdiq olunan “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı çərçivəsində həyata keçirilən layihələr gənc nəslin hərtərəfli inkişafına stimul verir. Sevindirici haldır ki, yaradıcı gənclərimizin fəaliyyəti diqqətdən kənarda qalmır. Mədəniyyət Nazirliyinin tabeliyindəki yaradıcı təşkilatlarda gənclərin fəaliyyətinə xüsusi diqqət yetirilir. Müxtəlif müsabiqələr, təqdimatlar, yeni layihələr həyata keçirilir”.
Sonda 2019-cu ildə uğurlu fəaliyyətinə görə seçilən bir qrup istedadlı gənc Mədəniyyət Nazirliyinin fəxri fərmanı ilə təltif edildi. Onların arasında Mərkəzimizin əməkdaşı Leyla Qlıcova olmuşdur.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

"Bu il tarixi abidələrin bərpası üçün dövlət investisiya proqramında vəsait ayrılıb, biz buna da diqqət yetirməliyik. Bizim əsas tarixi abidələrimizin hamısı bərpa olunubdur, konservasiya edilibdir. Ancaq Azərbaycanda bir çox tarixi abidələr var və onların hər biri bizim üçün əzizdir. Ona görə bu tarixi abidələrin bərpası, onların əsl vəziyyətinə çatdırılması və bəzi hallarda konservasiyası xüsusi əhəmiyyət daşıyır. Bu məsələlərə maksimum diqqət göstərilməlidir." Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fevralın 3-də Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda səsləndirib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ənənəvi “Gəncliyin səsi” festivalının açılış mərasimi keçirildi

Ətraflı: http://mct.gov.az/az/umumi-xeberler/12002

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədi ilə 2020-ci il üçün müsabiqə elan edir

Ətraflı: http://mct.gov.az/az/umumi-xeberler/11997

2 fevral gününün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsas qoyuldu. 1996-cı il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyev dəstəyi ilə gənclərin 1-ci forumu keçirildi. 1997-ci ildən isə Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başladı. Əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişmişdir. Bugünkü Azərbaycan gəncliyi ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyasi, iqtisadi yüksəlişini, gənclər olan diqqəti və qayğı dərin ehtiram hissi ilə xatırlayır.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır.

Bu gün qətiyyətlə deyə bilərik ki, ölkə gənclər Prezident Cənab İlham Əliyevin uğurla apardığı daxili və xarici kursu alqışlayır, bu siyasətin icrasında daim onun yanındadır.

2 Fevral Gənlər Günü münasibəti ilə Lerik gənclərinin simasında bütün ölkə gənclərini təbrik edirik.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

“Mədəniyyət” qəzetinin “Afişa” əlavəsinin fevral sayı çapdan çıxıb

Ətraflı: http://mct.gov.az/az/umumi-xeberler/11971

Bele bele ishler

O, müsəlman şərqinin ilk demokratik respublikasının banisidir.
Azərbaycan dövlətçiliyi naminə gördüyü işlər və mühacirətdə bitən ömür...
Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.

Lerik Rayon Gənclər və İdman İdarəsi

Əziz gənclər!
Sizi Lerik rayon Gənclər və İdman İdarəsinin 2 fevral Azərbaycan Gənclər Günü münasibətilə təşkil etdiyi "Gəncliyim-işıqlı sabahım" adlı mədəni-kütləvi tədbirə dəvət edirik.
Tədbir 31 yanvar 2020-ci il tarixdə, saat 10:00 da "Nur" şadlıq sarayında keçiriləcəkdir!

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində “Mədəniyyətlərin dialoqu xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirilir

Ətraflı: http://mct.gov.az/az/umumi-xeberler/11876

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Rusiya nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Ətraflı: http://mct.gov.az/az/umumi-xeberler/11873

mct.gov.az

Lənkəranda Həzi Aslanovun 110 illik yubileyi qeyd edilib - Xəbərlər | Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

mct.gov.az Lənkəran şəhərində görkəmli hərbi xadim, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Əhəd oğlu Aslanovun anadan olmasının...

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət nazirinin müavini Xırdalan şəhərində vətəndaşlarla görüşüb

Ətraflı: http://mct.gov.az/az/umumi-xeberler/11858

Həzi Əhəd oğlu Aslanov — 2 dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş yeganə azərbaycanlı general-mayor.

8-ci çağırış Bakı Sovetinin üzvü olub. 1937-ci ildə Ukrayna SSR-ın Obruç şəhər sovetinin deputatı seçilib. İkinci dünya müharibəsinə qədər, Sovet Ordusunda, vzvod komandiri, tank rotasının komandiri, əlahiddə tank batalyonu məktəbinin rəisi, batalyon komandirinin tədris-atıclıq hissə üzrə köməkçisi, batalyon komandiri, 10-cu tank-mühəndis diviziyası komandirinin texniki hissə üzrə köməkçisi hərbi vəzifələrində çalışıb. 1940-cı ilin noyabrında vaxtından əvvəl mayor rütbəsi verilib.
Həzi Aslanov Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi şəxsi igidlik və qoçaqlığına görə 3 Qırmızı Bayraq ordeni, 2-ci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2 Qırmızı Ulduz ordeni kavaleri və medallarla təltif olunmuşdur.

1944-cü ildə general-mayor H.Aslanov Belorusiya cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı İ.Baqramyan buna maneəçilik törədib. Ölümündən 46 il sonra, 1991-ci ildə H.Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilir.

heydaraliyev-centers.az

Lerik Rayonunda 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar anım mərasimi

https://heydaraliyev-centers.az/lerik/news/7403

heydaraliyev-centers.az Lerik Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş “20 Yanvar faciəsinin otuzuncu ildönümünün keçirilməsinə dair Lerik Rayon İcra Hakimiyyətinin tədbirlər planı”na uyğun olaraq rayon məktəblərində, idarə, təşkilat və müəssisələrd....

heydaraliyev-centers.az

MDB Parlament Assambleyasının nümayəndələri Lerikdə Bayraq Muzeyində oldular

https://heydaraliyev-centers.az/lerik/news/7390

heydaraliyev-centers.az

Lerik rayon Mədəniyyət Mərkəzi

20 yanvar 2020-ci il tarixində Lerik şəhər Şəhidlər Xiyabanında Qanlı yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirildi. Anım tədbirində rayon rəhbərliyi, rayon ictimaiyyəti, məktəblilər iştirak etdilər. Gülqoyma mərasimindən sonra Lerik rayon Mədəniyyət Mərkəzinin 1 saylı texniki fənlər təmayüllü liseyinin şagird kollektivi ilə birgə hazırladığı ədəbi bədii kompozisiya nümayiş etdirildi. Tədbir izləyicilər tərəfindən böyük maraqla qarşılandı.

Ilham Aliyev

20 Yanvar - 30 il

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qobustan qoruğunda 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

Ətraflı: http://mct.gov.az/az/umumi-xeberler/11810

heydaraliyev-centers.az

Lerik Rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar tarix dərsləri

https://heydaraliyev-centers.az/lerik/events/7382

heydaraliyev-centers.az Prezident İlham Əliyevin "20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında" Sərəncamına əsasən hazırlanmış Lerik Rayon Heydər Əliyev Mərkəzində "20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar tarix dərslərinin keçirilməsi barədə" tədbirlər planına uyğun olara...

Want your business to be the top-listed Government Service in Lerik?

Click here to claim your Sponsored Listing.

Videos (show all)

Qarabağ Azərbaycandır!
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı uzunömürlülər məskəni Lerikdə
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı uzunömürlülər məskəni Lerikdə

Telephone

Address

Heydar Aliyev Street 02
Lerik
4300
Other Government Organizations in Lerik (show all)
Lerik Rayon Gənclər və İdman İdarəsi Lerik Rayon Gənclər və İdman İdarəsi
Lerik şəhəri, A.Əsədullayev Küç.,15
Lerik, AZ4300

Lerik Rayon Gənclər və İdman İdarəsinin rəsmi facebook səhifəsi