Lerik Rayon Gənclər və İdman İdarəsi

Lerik Rayon Gənclər və İdman İdarəsi

Comments

Uşaqlar arasında "Xəmsə" yarışmasının vaxtını diyə bilərsiz?
GENCLIK
Dünən Buta çay evində Nə, Harada, Nə zaman? Lerik birinciliyinin növbəti yarışması keçirildi. Təşkilatçı Natıq müəllim başda olmaqla Gənclər və İdman idarəsinə və Buta çay evinə təşəkkürümüzü bildiririk. Bayram tətilində həm gözəl istirahət, həmdə maraqlı və gərgin yarışma oldu. Əlbətdəki yarışmaya rəng qatan komandalara əhsən. Hər bir komanda layiqli mübarizə apardı və dostluq qalib gəldi. Uğurlar Lerik gənclərinə
Gənclər və İdman İdarəsinin noyabr ayında keçirəcəyi intellektual oyunu səbirsizliklə gözləyirik!
Bu ay keçiriləcək 10 -cu oyunu səbirsizliklə gözləyirik! İxtiyar sahibləri yəqin bu istəyi nəzərə alacaqlar.
Biz sevindik ki, nəhayət Lerikdə də hansısa bir dövlət təşkilatı rayon gəncləri üçün heç olmasa ayda bir dəfə də olsa intellekt yarışı keçirir. Bəzi bizim kimi ziyalılar da həmin yarışlarda arzuolunmaz qonaqlar da olsa, çağrılmamış qonaq kimi həmin yarışlara gedir. 80 minlik əhalisi olan rayondan 15-20 nəfər heç olmasa tapılır ki, həmin yarışlarda iştirak edir. Nə isə son vaxtlar həmin yarışlar da bizə əməlli -başlı qismət olmur. İki ayda bir yarışda iştirak etdiyimizə də şükr etməliyik! Belə getsə 6 (altı) aya bir yarış keçirilər və biz ona da şükr etməli olacağıq. Bilmirəm hər ay bu yarışların təşkilinə mane olan obyektiv və subyektiv səbəblər niyə qurtarmır? Bu yarışların heç olmasa hər ayda bir dəfə, yayda tələbələrin Lerikdə olduğu vaxtda isə ayda 2 (iki) dəfə keçirilməsi üçün haçan əməlli başlı şərait yaranar? Bəlkə də buna görə də Azərbaycan Avropa şurasının qarşısında öhdəlik götürməlidir? Və ya Milli Məclisin bu barədə qərarı olmalıdır? Ya da hər problemin həllində olduğu kimi biz Nazirliklərdən, Heydər Əliyev Fondundan dəstək almalıyıq? Axı dövlətimiz intellekt hərəkatına hər cür şərait yaradır. Lerikdə niyə bu hərəkat tilisimə düşür? Niyə rayon ziyalılarının və rayon gənclərinin heç olmasa bir qrupu dövlət təşkilatlarının dəstəyini almaqla belə tədbirləri qeyri hökumət təşkilatarının xətti ilə müstəqil surətdə təşkil edə bilmirlər? Və ya etmək istəmirlər? Niyə bir dövlət təşkilatı tapılmır ki, bu tədbiri hər ay keçirsin? Yayda tələbərə görə hər ayda 2 (iki) dəfə zəka yarışı təşkil etsin? Görünür duman biz lerikliləri həyatdan küsdürüb. Xristian rahibələri kimi monastıra çəkilmişik. Yəqin bizim taleyimizə də yalnız nərd və domino yarışlarında yarışmaq yazılıb. Bütün rayonlarda cəmiyyətin bütün təbəqələri üçün hər ay intellekt yarışlarının məcburi təşkili barədə dövlətimizin qanunları, qərarları olsa yaxşıdır. Bu qərarların məcburi surətdə həyata keçirilməsini təmin edə biləcək bir mexanizm olsa yaxşıdır. Ümid edək ki, Lerikdə bu məsələlər XXV əsrdə həll olunacaq!
Natiq müəllim salam! Zəka yarışı nə vaxtdır?
"Nə?, Harada?, Nə zaman?" adlı intellektual oyununun iyul ayında keçiriləcək növbəti sayını biz və yarışa gəlmək istəyən yeni simalar, yeni komandalar səbirsizliklə gözləyirik. Şəmsinin və Natiq müəllimin bu istəyi nəzərə almasını xahiş edirik.
Dünən keçirilən Lüləkəran-Favarit oyunununda yenidən Hakimlərin çoox böyük səhvləri özünü göstərdi illərdi bu haqsızlıq bizə qarşı olunur və bu ənənə şəklində davam edir. Yan xətt hakiminin kobud səhvi ilə bu çempionatda qapımızda ilk topu gördük bunu oyunun sonunda baş hakim Vaqif müəllimdə təstiqliqlədi harda görünüb yan xətt hakimi keyfi istədiyində 3 defe deyişsin!!! başqa başqa adamlar olsun!! Sözümüz Lerik rayon idman idarəsinin rəisi çoox hörmətli Natiq müəllimədi sizdən xahiş edirik dünənki oyunu araşdırıb,düzgünlük nədisə ona qərar verin!! haqızlıq aradan qalxsın. Hakim səhvi olar ama bu qədərdə yox bu formada yox, qapımıza vurulan hər iki qol hakim səhviylə vuruldu! Axı Lerik rayonu tarixən futbolu böyük marag və sevgiylə qarşılıyıb və keçirib. Biz sadəcə hər şeyin DÜZGÜN VƏ ƏDALƏTLİ OLMAĞINI istəyirik!
"Nə?, harada?, nə zaman?" adlı intellekt yarışının iyun ayında Orxan Abbasın təşkilatçılığı ilə keçirilən növbəti oyununu səbirsizliklə gözləyirik.Yarışda Natiq müəllimin rəhbərliyi ilə Gənclər və İdman İdarəsindən əməkdaşlarından ibarət iddialı bir komanda, yarışa daha da rəqabət gətirən bir komanda görmək istəyirik. İmkan daxilində nəzərə almağınızı xahiş edirik.
Nə?, Harada?, Nə zaman? intellektual oyunu üzrə Lerik rayon kubokunun iyun ayında keçiriləcək növbəti oyununu səbirsizliklə gözləyirik. Bu dəfə keçiriləcək yarışı Orxan Abbas aparsa və Natiq müəllim komandaların birinin tərkibində iştirak etməklə "Stimul" komandasının qələbə seriyasına son qoysa yarış daha maraqlı olar. İmkan daxilində nəzərə almağınızı xahiş edirik.

Lerik Rayon Gənclər və İdman İdarəsinin rəsmi facebook səhifəsi

Diqqət…!

Əziz dostlar! 01 mart 2020-ci il tarixdə saat 15:00-da Ruslan Palacedə yerləşən "Restoran 77"-də Lerik Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə gənclər arasında "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə "Cümhuriyyət kuboku" - nun ilk oyunu keçiriləcəkdir. "Cümhuriyyət kuboku" ayda bir dəfə olmaqla 4 oyundan ibarət olacaq. 2020 - ci ilin may ayında keçiriləcək son oyunda 4 ay ərzində hesabında ən çox qələbə olan komanda qalib hesab olunacaq və mükafatlandırılacaq. Oyunda hər bir Lerikli komanda şəklində iştirak edə bilər.

Qeydiyyat və ətraflı məlumat üçün:

- 050 886 25 62

Malik Bağışov adına Lerik şəhər 3 saylı tam orta məktəbdə şəhid Malik Sədaqət oğlu Bağışovun anım tədbiri keçirilmişdir.

“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.1.2-ci bəndinin icrasının təmin edilməsi məqsədilə 20 fevral 2020-ci il tarixdə Malik Bağışov adına Lerik şəhər 3 saylı tam orta məktəbdə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə sücayət göstərmiş döyüşçülərin və Milli Qəhrəmanların gənclər arasında tanıdılması ilə bağlı şəhid Malik Bağışovun əziz xatirəsinə həsr olunmuş “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” adlı tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə qəhrəmanın həyatını və keçdiyi döyüş yolunu əks etdirən stendlə tanış oldular. Daha sonra Malikin və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Tədbiri şəhidin adını daşıdığı 3 saylı tam orta məktəbin direktoru Validə Mədətova açaraq tədbir iştirakçılarını salamladı və belə tədbirlərin gənc nəslin vətənpərvər ruhda tərbiyə olunbmasında müstəsna xidmətlərinin olduğunu vurğuladı. Tərbirdə Lerik Rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov çıxış edərək Azərbaycan gəncliyinin Malik Bağışovun keçdiyi həyat yolundan və qəhrəmanlığından örnək götürməli olduğunu və onun qəhrəmanlığının Azərbaycan gəncinin vətənə nə qədər dərin məhəbbət bəslədiyini bir daha sübut etdiyini bildirib. O , bunun aprel döyüşlərində bir daha özünü göstərdiyini vurğulayıb. Daha sonra Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik Rayon Şöbəsinin sədri Veysəl Məlikov, Qarabağ qazisi Cəlal Məmiyev, şəhidin qardaşı Namiq Bağışov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik Rayon Şöbəsinin əməkdaşı Bulud Əliyev, 3 saylı tam orta məktəbinin müəllimi İlham Zülfiyev çıxış edərək Malik Bağışovun igidliyindən danışmış, onun qısa, lakin şərəfli ömrünün gənclər üçün örnək olduğunu qeyd etmişlər. Tədbirdə Lerik şəhər 3 saylı tam orta məktəbinin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkil etdiyi "Qış Möcüzələri" foto müsabiqəsinin Lerik rayonundan olan qalibi Elnur Nəsirovdur.
Elnur Nəsirovu bu münasibətlə təbrik edirik.
Elnurun çəldiyi fotonu Sizlərə təqdim edirik.
Xatırladaq ki foto müsabiqəyə 19 dekabr 2019-cu il tarixdə saat 12:00-dan 15:00-dək yalnız telefonla çəkilmiş fotolar qəbul olunmuşdur.

QƏHRƏMANLARIMIZI TANIYAQ VƏ TANIDAQ!
ŞƏHİD MALİK SƏDAQƏT OĞLU BAĞIŞOV
20 fevral Şəhidimizin anım günüdür!
Malik Sədaqət oğlu Bağışov 18 avqust 1974-cü ildə Lerik rayonunun Lerik qəsəbəsində ziyalı ailəsində doğulmuşdur. 1981-ci ildə hazırda adını daşıyan M.Bağışov adına şəhər 3 saylı tam orta məktəbin 1 ci sinfinə getmiş, 1991 ci ildə A. Nuriyev adına şəhər 1 saylı riyaziyyat təmayüllü orta məktəbinin 10 cu sinfini bitirib, Bakı Maşınqayırma Texnikumuna daxil olmuşdur. 1992 ci ildə təhsilini yarıda qoyaraq Vətənin dar günündə onun müdafiəsinə qoşulmuşdur. Beləliklə qısa hərbi təlim keçdikdən sonra Malik ön cəbhəyə düşmənlə mübarizəyə yollanmışdır. Döyüş əməliyyatlarında Ağdam, Füzuli, Xocavənd, Beyləqan rayonunun, Haramı düzündə düşmənə ağır zərbələr endirərək həddini bildirmişdir. Buna görə komandanlıq tərəfindən cəsur və qorxmaz döyüşçü kimi tanınmışdır. 20 Fevral 1995 ci ildə döyüş tapşırığını yerinə yetirərkən düşmən gülləsinə tuş gəlmiş və "Şəhidlik" zirvəsinə ucalmışdır. 20 fevral Malik Sədaqət oğlu Bağışovun anım günüdür.

mys.gov.az

“Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasının qiymətləndirilməsinə dair onlayn sorğu üçün Sual Kitabçası

Əziz GƏNCLƏR!
Aşağıdakı linkə daxil olub sorğuda iştirak etməyə dəvət edirik.

https://www.mys.gov.az/mtbuat/xbrlr/n/25615/azrbaycan-gncliyi-2017-2021-ci-illrd-dovlt-proqraminin-icrasinin-qiymtlndirilmsin-dair-onlayn-sorgu-ucun-sual-kitabcasi?fbclid=IwAR0SMDUg-KQsByWP9OD835vkzr281c_LYHGVmYygzjmWh2TPrtW54CIFwUM

mys.gov.az Xəbərlər

president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi - SƏNƏDLƏR » Sərəncamlar

2020-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

https://president.az/articles/35755

president.az Gənclər üçün Prezident mükafatına namizədlərin seçilməsi üzrə Ekspert Komissiyasının təklifinə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 109 cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Gənclər üçün yaddaş kitabçası hazırlanmışdır

Gənclər və İdman Nazirliyi tərəfindən “Milli Məclis – Qanunverici orqan” adlı yaddaş kitabçası hazırlanmışdır. Kitabça 09 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə gənclər, xüsusilə ilk dəfə səs verən gənc seçicilər arasında maarifləndirmə işinin aparılması və seçkilərdə gənclərin fəallığının təmin edilməsinə kömək məqsədilə nəzərdə tutulub.

Yaddaş kitabçasında Azərbaycan Parlamentinin tarixi, formalaşma dövrləri, fəaliyyəti, beynəlxalq əlaqələri, ümummilli lider Heydər Əliyevin Parlamentarizm tarixinin inkişafındakı mühüm rolu haqqında məlumatlar və Azərbaycan Respublikasının Konstitusiyasından və Seçki Məcəlləsindən çıxarışlar öz əksini tapmışdır.
#GənclərvəİdmanNazirliyi
#MysGovAz
#MysAz
#gənclərsiyasəti
#Seçki2020
#LerikGİİ

Lerik rayonunda gənclərin seçki fəallığının artırılması məqsədilə dəyirmi masa keçirilmişdir.

06 fevral 2020-ci il tarixdə Lerik rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Lerik şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Gənclər arasında seçki prosesinin və seçkilərdə (referendumda) iştirakın təbliği, ilk dəfə səs verən gənc seçicilər arasında maarifləndirmə işinin təşkili maddəsinin icrasına uyğun olaraq Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə ilk dəfə səs verəcək gənclərin iştirakı ilə maarifləndirici toplantı keçirilmişdir.
Toplantıda Lerik rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov, Lerik rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Orxan Abbaszadə, 78 saylı Lerik Dairə Seçki Komissiyasının üzvü Hüsaməddin Abbasov, Heydər Əliyev Mərkəzinin əməkdaşı Bahar Mürsəliyeva və ilk dəfə səs verəcək 32 nəfər gənc iştirak etmişlər.
Tədbiri Lerik rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov açaraq qonaqları və ilk dəfə səs verəcək gəncləri salamladı, ölkəmizdə gənclər üçün yaradılan yüksək şəraitdən, onlara göstərilən diqqət və qayğıdan danışdı. “Azərbaycan Respublikası regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Lerik rayonunda nəzərdə tutulmuş layihələr haqqında gənclərə məlumat verdi. O, gənclərə Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş seçki hüququndan istifadə etməyi və seçkilərdə fəallıq nümayiş etdirməyi tövsiyə etdi.
Tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin gənc əməkdaşı, Lerik şəhər bələdiyyəsinin üzvü Bahar Mürsəliyeva çıxış edərək gənclərin ölkənin ictimai-siyasi həyatındakı rolundan söz açdı. Özünün 23 dekabr bələdiyyə seçkilərinə qatıldığını və Lerik bələdiyyəsinə üzv seçildiyini bildirdi. O gəncləri seçki prossesində fəal olmağa çağırdı.
Tədbirdə 78 saylı Lerik Dairə Seçki Komissiyasının üzvü Hüsaməddin Abbasov seçki hüququndan istifadə, ümumilikdə seçkinin əhəmiyyəti və vətəndaşın rolu, seçki günü şəxsin səsvermədə iştirakı barədə gənclərə məlumat vermişdir. Mövzu ətrafında gənclərdən Pərviz Ağaxanlı, Murad Şıxəliyev, Rahilə Rəcəbovanın fikirləri dinlənildi, gənclərin sualları cavablandırıldı.
#seçki2020
#GənclərvəİdmanNazirliyi
#MysGovAz
#Mysaz
#Gənclərsiyasəti
#GəncLİNK
#LerikGİİ

docs.google.com

"EL HAVASI" yarışması

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin "El Havası" layihəsi seçim turları üçün bu dəfə Lənkəran zonasına gəlir.
Xalqımızın dillər əzbəri olan mahnıları, unudulmaz rəqsləri, əsrarəngiz musiqisi - "El havası"nda!
Mədəni irsimizi yaşadan hər bir gənc istedad sahibini layihəmizə dəvət edirik. İştirak etmək üçün El havası FaceBook səhifəmizə, eləcə də Rayon Gənclər İdman İdrəsinə müraicət etməyiniz kifayətdir.

Biləsuvar, Neftçala, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Salyan və Lənkəran gəncləri sizə gəlirik.
Odur ki, aktiv olun 🙂

Qeydiyyatdan keçməyə tələsin 🙂
Seçim turları 13 və 14 fevral tarixlərində Lənkəranda
Lənkəran Şəhər Mədəniyyət Mərkəzində keçiriləcək.

Seçilən gəncləri Bakıda keçiriləcək möhtəşəm qala konsert proqramında maraqlı sürprizlər gözləyir.

Ünvan : Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küç.99

https://forms.gle/diHwjAP2UqXqkPuWA

docs.google.com

Lerik rayonunda 2 Fevral - Azərbaycan Gəncləri Günü geyd olunub

31 yanvar 2020-ci il tarixdə Lerik rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə "Gəncliyim-işıqlı sbahım" adlı bayram tədbiri keçirilmişdir. Gənclər tədbirinə rayonun istehsalatda, elm, mədəniyyət sahəsi və təhsildə, ictimai, elmi-pedaqoji fəaliyyətdə və idman sahəsində fərqlənən qabaqcıl gəncləri, rayon ictimaiyyətinin nümayəndələrini, qonaqlar dəvət olunmuşdur.
Tədbiri Lerik rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov açaraq gəncləri Gənclər günü münasibəti ilə təbrik etmişdir. O, çıxışında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılması, ilk gənclər forumunun keçirilməsi və gənclər günün təsis edilməsi tarixinə toxunmuşdur. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Dövlət Gənclər Siyasətinin bu gun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.
Tədbirdə çıxış edən Leriki rayon İcra Hakimiyyətinin Başçısının müavini Arzu xanım Vəliməmmədova gənclərə Lerik rayon İcra Hakimiyyətinin Başçısı Rövşən Bağırovun təbriklərini çatdırdı. Daha sonra bildirdi ki, gənclərimizin rayonun ictimai, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərin həlli, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının səmərəli həyata keçirilməsi daim diqqət mərkəzində olmuşdur.
Yeni Azərbaycan Partiyası Lerik Rayon Təşkilatı Gənclər Birliyinin sədri Nüsrət Kərimov çıxış edərək bayram münasibətilə gəncləri təbrik etdi və onlara uğurlar arzuladı.
Tədbirdə rayonun ictimai həyatında, təhsildə, idmanda, elm vəı mədəniyyət sahələrində fərqlənənbir qrup gəncə Lerik rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və xatirə hədiyyələri təqdim olunmuşdur.
Bayram tədbiri rayonun gənc sənətçilərinin ifasında konsert proqramı ilə davam etmiş və gənclər diskotekası ilə başa çatmışdır.

Əziz gənclər!
Sizi Lerik rayon Gənclər və İdman İdarəsinin 2 fevral Azərbaycan Gənclər Günü münasibətilə təşkil etdiyi "Gəncliyim-işıqlı sabahım" adlı mədəni-kütləvi tədbirə dəvət edirik.
Tədbir 31 yanvar 2020-ci il tarixdə, saat 10:00 da "Nur" şadlıq sarayında keçiriləcəkdir!

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Rayon gənclərimiz də daim dövlət gənclər siyasətindən kənarda qalmır, rayon rəhbərliyi tərəfindən qayğı və diqqətlə əhatə olunurlar. Bunun nəticəsidir ki, mütəmadi olaraq intellektual, bilikli və bacarıqlı gənclərimiz daim önə çəkilir.

Yeni Azərbaycan Partiyası Lerik Rayon Təşkilatının Gənclər Birliyinin idarə heyyətinin, Lerik İntellektuallar Klubunun fəal üzvü Ramal Kaməddin oğlu Məstiyev Lerik Rayon İcra Hakimiyyəti başçısının Lerik şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi təyin edilmişdir. Lerik rayon Gənclər və İdman İdarəsi kollektivi və rayon gəncləri adından dövlət gənclər siyasətinin rayonumuzda uğurla həyata keçirilməsində böyük əməyi olan, gənclərə göstərdiyi diqqət və qayğılarına görə rayon icra hakimiyyəti başcısı cənab Rövşən Bağırova təşəkkürlərimizi bildiririk. 29 yaşlı gənc Ramal Məstiyevi bu münasibətlə Lerik rayon Gənclər və İdman İdarəsi kollektivi və rayon gəncləri adından təbrik edir, ona fəliyyətində uğurlar arzulayırıq.

docs.google.com

"EL HAVASI" yarışması

Əziz Lerikli gənclər!
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin start verdiyi "El Havası" layihəsi seçim turu bu dəfə Lənkəran zonasına gəlir.
Xalqımızın dillər əzbəri olan mahnıları, unudulmaz rəqsləri, əsrarəngiz musiqisi - "El havası"nda!
Mədəni irsimizi yaşadan hər bir gənc istedad sahibi layihəmizə iştirak edə bilər.. "EL HAVASI" yarışması 13-14 fevral tarixdə Lənkəran şəhərində keçiriləcəkdir. İştirak etmək istəyən 14-29 yaşlı gənclərimiz aşağıdakı linkə daxil olub qeydiyyatdan keçə bilərlər. Əlavə məlumat üçün Lerik rayon Gənclər və İdman İdarəsinə müraciət edə bilərsiz.
Əlaqə: 050 886 25 62 Orxan Abbaszadə

https://docs.google.com/forms/d/e/1FAIpQLSewKK4RLEhoT_-ysGIg9PwqBqVz2cdGUf4kEp3VDWHzuSOQnw/viewform

docs.google.com

Lerik rayonunda gənclərin seçki fəallığının artırılması məqsədilə dəyirmi masa keçirilmişdir.

23 yanvar 2020-ci il tarixdə Lerik rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Lerik Dövlət Aqrar İnkişaf Mərkəzinin akt zalında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Gənclər arasında seçki prosesinin və seçkilərdə (referendumda) iştirakın təbliği, ilk dəfə səs verən gənc seçicilər arasında maarifləndirmə işinin təşkili maddəsinin icrasına uyğun olaraq Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə ilk dəfə səs verəcək gənclərin iştirakı ilə maarifləndirici toplantı keçirilmişdir.
Toplantıda Lerik rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov, Lerik rayon Gənclər və İdman İdarəsinin rəis müavini Elçin Fazilov, 78 saylı Lerik Dairə Seçki Komissiyasının üzvü İlham Zülfiyev, rayonun ictimai-siyasi həyatında fəal rol oynayan ictimai fəal gənc Nüsrət kərimov və ilk dəfə səs verəcək 34 nəfər gənc iştirak etmişlər.
Tədbiri Lerik rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov açaraq qonaqları və ilk dəfə səs verəcək gəncləri salamladı, ölkəmizdə gənclər üçün yaradılan yüksək şəraitdən, onlara göstərilən diqqət və qayğıdan danışdı. “Azərbaycan Respublikası regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Lerik rayonunda nəzərdə tutulmuş layihələr haqqında gənclərə məlumat verdi. O, gənclərə Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş seçki hüququndan istifadə etməyi və seçkilərdə fəallıq nümayiş etdirməyi tövsiyə etdi.
Tədbirdə çıxış edən fəal gənc Nüsrət Kərimov bildirmişdir ki, gəncləri sevən və hər zaman onların yanında olan Prezident İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi biz gəncləri çox sevindirdi. Bu hadisə ölkəmizdə könüllülük hərəkatının daha da genişlənməsinə təkan verəcək, ölkə gənclərinin potensialından lazımınca istifadə olunmasına şərait yaradacaq. Bugün ölkənin ictimai-siyasi həyatında gənclərin rolu böyükdür, Cənab Prezidentin gənclərə göstərdiyi diqqət və qayğı bunun əyani subutudur. Gənclər də seçki prosesində fəallıq nümayiş etdirməlidirlər.
Daha sonra İdarə tərəfindən hazırlanmış slayd gənclərin diqqətinə çatdırıldı.
Tədbirdə 78 saylı Lerik Dairə Seçki Komissiyasının üzvü İlham Zülfiyev seçki hüququndan istifadə, ümumilikdə seçkinin əhəmiyyəti və vətəndaşın rolu, seçki günü şəxsin səsvermədə iştirakı barədə gənclərə məlumat vermişdir. Mövzu ətrafında ilk dəfə səs verəcək gənclərdən Günay Şərifova, Həsən Sadıxov, Məhəmməd Quluzadə və Ceyhun Eyvazovun fikirləri dinlənildi, gənclərin sualları cavablandırdı.
#seçki2020
#GənclərvəİdmanNazirliyi
#MysGovAz
#Mysaz
#Gənclərsiyasəti
#GəncLİNK
#LerikGİİ

Want your business to be the top-listed Government Service in Lerik?

Click here to claim your Sponsored Listing.

Videos (show all)

Lerik rayonunda Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş “Bayraqdar” İntellektual Oyunu keçirilmişdir.
Lerikdə İdman festivalı
"Müstəqillik Günü" Lerik rayonunda qeyd olundu.
Lerikli pəhləvan ƏLİ
Lerik Rayon Gənclər və İdman İdarəsi

Telephone

Address


Lerik şəhəri, A.Əsədullayev Küç.,15
Lerik
AZ4300

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Other Government Organizations in Lerik (show all)
Lerik Rayon Heydər Əliyev Mərkəzi Lerik Rayon Heydər Əliyev Mərkəzi
Heydar Aliyev Street 02
Lerik, 4300

Lerik Rayon Heydər Əliyev Mərkəzi 25 iyun 2010-cu il tarixində möhtərəm Prezidentimiz İlham Əliyevin iştirakı ilə açılaraq istifadəyə verilmişdir.