Bank Technique ASC

[01/20/12]   «Texnikabank»ın İstanbul nümayəndəliyinin rəsmi açılışı keçirilib

Azərbaycanın «Texnikabank» ASC Türkiyənin İstanbul şəhərində nümayəndəlik açıb. Artıq Türkiyə Bank İşinin Təşkili və Nəzarət Qurumu (BDDK) «Texnikabank»a bunun üçün müvafiq icazəni verib.

Ötən gün İstanbulda bank nümayəndəliyinin rəsmi açılışı keçirilib. «Texnikabank»ın yaxın perspektivdə nümayəndəliyinin şöbəyə çevrilməsi planlaşdırılır.

Xatırladaq ki, «Texnikabank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Bu il dekabrın 1-nə bankın ümumi aktivləri 633,123 mln. manat, depozit portfeli 331,184 mln. manat, kredit portfeli 435,470 mln. manat, o cümlədən istehlak kreditləri 36,651 mln. manat, məcmu kapitalı 102,192 mln. manat, o cümlədən nizamnamə kapitalı 64,755 mln. manat təşkil edib.

Hazırda bankın 35 filialı, 97 bankomatı, 1 171 POS-terminalı və 719 işçisi var.

[01/20/12]   2011-ci il ərzində Texnikabankın maliyyə göstəriciləri artmışdır

Texnikabank ötən ilin sonuna maliyyə göstəriciləri üzrə yüksək nəticələr əldə etmiş, eyni zamanda strateji planına uyğun olaraq bankin fəaliyyətində bir sıra kəmiyət və keyfiyyət dəyişiklikləri sahəsində dinamik artım müşahidə olunmuşdur.
Ötən ilin müvafiq dövrü ilə müqaisədə 2011-ci ilin sonunda bankin aktivləri 24,4% artaraq 629,3 milyon manat, məcmu kapitalı 54,2% artaraq 99,1 milyon manat, nizamnamə kapitalı isə 20, 6% artaraq 64, 8 milyon manat təşkil etmişdir.

[01/20/12]   Texnikabank ASC–nin əməkdaşlıq sahəsindəki fəaliyyəti xüsusi qiymətləndirilmişdir.

Noyabr ayının 11-də Gürcüstanda, “Radisson Blu” otelində Gürcüstan və Azərbaycanın “Lider” pul köçürmə sisteminə qoşulan tərəfdaşları üçün təşkil olunmuş biznes görüşdə Texnikabank ASC yaxından iştirak etmişdir. Biznes görüşün məqsədi təcrübə sayəsində əldə edilmiş səmərəli informasiya mübadiləsi, pul köçürmə sistemlərinin dünya bazarında inkişaf tendensiyası ilə tanışlıq, sistemin ölkə bankları ilə əməkdaşlığının yekun nəticələri, “Lider” pul köçürmə sisteminin yeni məhsul və xidmətləri ilə tanışlıqdan ibarət olmuşdur.

[08/23/11]   Texnikabankın maliyyə göstəriciləri əhəmiyyətli dərəcədə artmışdır(Texnikabank)

Want your business to be the top-listed Finance Company in Beylagan?

Click here to claim your Sponsored Listing.

Address

Beylagan
Other Beylagan finance companies (show all)
AXA MBASK  Beyləqan Agentliyi AXA MBASK Beyləqan Agentliyi
Magistral Küç...( Mücirəddin Beyləqani"nin Heykəlinin Arxası )
Beylagan

Avtonəqliyyat vasitələrinin İCBARİ və KASKO sığortasını bizə həvalə edin !!!