Summer Schools Azerbaijan

Bu səhifə "Vətəndaş Cəmiyyətində Debat" İB-nin Yay Məktəbləri Proqramına məxsusdur.

Uğurlu Karyera qurmaq!? İdeal CV hazırlamaq və Müsahibədən uğurla keçmək!? Yeni iş yerinə uyğunlaşmaq!? Peşəkar Menecer olmaq!? Vaxtı, pulu, prosesləri və insanları effektiv idarə etmək!? Yoxsa böyük kütlə qarşısında uğurla çıxış etmək!? Sizə verilə biləcək bütün suallara cavab vermək və alqışlar qazanmaq!? Bu hələ son deyil! Hər biriniz üçün və hər bir sualınız üçün Yay Məktbələrimizdə düzgün cavab tapa bilərsiniz!

Mission: «Vətəndaş Cəmiyyətində Debat» İctimai Birliyinin missiyası müxtəlif xidmətlərin göstərilməsi və gənclərin təşəbbüslərinin dəstəklənməsi vasitəsi ilə cəmiyyətin maarifləndirilməsidir.

The persons responsible for the attack on the town of Khojaly and the massacre of its population.
Get more information
#justiceforkhojaly #armenianaggression #armenianterror #khojaly #dvc #nayora

The persons responsible for the attack on the town of Khojaly and the massacre of its population:

Zori Balayan – Writer and publicist. Responsible for fomenting ethnic strife and incitement

Robert Kocharyan – Former president of Armenia; in February 1992, he commanded the Armenian paramilitaries.

Seyran Ohanyan – Incumbent defence minister of Armenia; in February 1992, he commanded the second battalion of the 366th regiment.

Serzh Sargsyan – Incumbent president of Armenia; in February 1992, he commanded the Armenian paramilitaries.

Monte Melkonyan – Notorious international terrorist of Armenian origin; he commanded the Armenian paramilitaries, including those involved in the capture of Khojaly.

#justiceforkhojaly #armenianaggression #armenianterror #khojaly

Qərb Universiteti nəzdində olan Western Junior School adlı tam orta məktəbin şagirdləri debat haqqında diskussiya aparıblar.

5 fevral 2016-cı il tarixində Qərb Universiteti nəzdində olan Western Junior School adlı tam orta məktəbin şagirdlərinə "Milli Debat Proqramı"nın təqdimatı keçirilib və onlar debat haqqında diskussiya aparıblar. Azərbaycan bölməsi ilə yanaşı, rus və alman bölmələrinin şagirdləri də diskussiyada aktiv iştirak edib və təlimçiləri belə təəccübləndirəcək özlərinəməxsus suallarını səsləndiriblər.
İnanırıq ki, debata ilk addımlarını atmış bu balaca şagirdlər gələcəyin böyük debatçılarına çevriləcəklər.
#dvc #azdebate

DVC

"Mənim müasir Azərbaycanım" layihəsinə start verilir

Gənclər Fondunun dəstəyi ilə DVC-nin “Milli Debat” Proqramı çərçivəsində həyata keçiriləcək "Mənim müasir Azərbaycanım" layihəsinə start verilir
Layihədə iştirak etmək istəyən gənclər, səhifəmizi izləməyə davam edin. Tezliklə qeydiyyatdan keçmək üçün link paylaşılacaq.
#öyrən #təqdimatınıhazırla #qalibol #dvc

Daha ətraflı: http://goo.gl/8SPuVO

DVC komandasına ”Təcrübə Programı” vasitəsilə
qoşulan gənclərin sayı ildən-ilə artmaqdadır.
Artıq Yeni Üzvlərimiz də fəaliyyətə başlamışdır. İctimai
Birlik adından Yeni Komandamıza uğurlar arzu edirik!

"Respublika Məktəblərarası Debat Forumu 2014: Sağlam Həyat Kuboku"-nun həm qalibi,həm də 3-cü ən yaxşı natiqi seçilən Bakı Avropa Liseyinin "Debal" komandasının üzvü Nihad Əliyevlə olan müsahibəmiz:

"Respublika Məktəblərarası Debat Forumu 2014: Sağlam Həyat Kuboku"-nun həm qalibi,həm də 3-cü ən yaxşı natiqi seçilən Bakı Avropa Liseyinin "Debal" komandasının üzvü Nihad Əliyevlə olan müsahibəmiz:
-Salam.Özünüzü təqdim edin.
-Salam.Mən Nihad Əliyev,Bakı Avropa Liseyinin 9a sinfində oxuyuram.
-Debatla bağlı ən yadda qalan hadisə hansı olub?
-Öncə bildirim ki debatla 1 ildir ki,tanışam və bu müddətdə ən yadda qalan hadisə budur ki,bütün oyunlardan sonra opponentlərimiz onların udduqlarını əminliklə söyləyir,hətta komanda yoldaşım Miradil də uduzduğumuzu söyləyirdi,mən isə ona sakit olaq və nəticəni gözləyək deyirdim.Ümumiyyətlə indiyədək heç bir oyunda məğlub olmamışıq.Bunu isə komanda yoldaşlarıma borcluyam və hər zaman onlarla fəxr edirəm.
-Debatla ilk tanışlığınız necə olub?
-Liseydə ingilis dili müəlliməsi olan İradə xanım bizə debat təlimlərini elan etdi və mən sözün düzü sadəcə debatın tam olaraq nə olduğunu öyrənim deyə ilk təlimdə iştirak etdim.Təlimçilərimiz Məhəmməd Səmədov (ADNA) və Ayşə Osmalı (ADNA) debatı bizə o qədər gözəl izah etdilər ki,mən qeyri-iradi təlimlərdə iştirak etdim,çünki debatı dəhşətli dərəcədə sevmişdim.İlk oyunum isə tam bir fəlakət idi.Sözlərimin sırasını qarışdırırdım,həyəcandan boğazım qurumuşdu.Buna baxmayaraq ikinci oyunum yaxşı keçdi,spiker vəzifələrimi düzgün yerinə yetirdim.qısaca debatla ilk tanışlığım çətin,ancaq unudulmaz oldu.
-Gələcəkdə özünüzü hansı sahədə görürsünüz ?
-Gələcəkdə mühəndis olmaq istəyirəm.Çünki yenilikləri və rəqabəti sevirəm.
-Debat sizə nə qazandırdı?
-İlk öncə debat mənə dostlar qazandırdı,xoş xatirələr qazandırdı.Debat mənə hər kəsin özünə görə haqlı olduğunu və hər şeyin görünən və görünməyən üzü olduğunu öyrətdi.Debat mənə hər şeyin dəmir parçasıından ibarət olmadığını öyrətdi.Bunlar isə mənim üçün böyük həyat təcrübəsidir.
-Həyatınızda nə kimi uğurlarınız olub?
-İndiyənədək müxtəlif sahələr üzrə uğur qazanmışam.Hər il fənn olimpiyadalarında yer tuturam.Animasiya ilə bağlı kursda uğur qazanmışam.Bu həm kurs idi və sonda müsabiqə var idi.İctimai həyatımda da bir çox uğurlar qazanmışam.Ən böyük uğurlarımdan biri isə,əlbəttə,Respublika Məktəblərarası Debat forumunun qalibi olmağımızdır.Respublikanın(məktəblərarası) ən yaxşı 3-cü natiqi olmağımdır.Bu uğurumun arxasında isə o qədər şəxs var ki,saymaqla bitməz....Əgər onlar olmasaydılar bəlkə də bu uğuru heç vaxt qazana bilməzdim.Buna görə də onlara hər zaman minnətdar olacağam.Uğurlarımızdan biri isə Azərbaycanda ilk olaraq rəsmi şəkildə bir məktəbin Debat Klubu yaradıldı-Bakı Avropa Liseyi Debat Klubu.BAL DK
-Neçənci spiker olmusunuz?
- 1-ci spikerəm.Digər spiker kimi oynamasam da bacara biləcəyimi düşünürəm,əsasən də 3-cü spikerliyi
-Niyə məhz 1?
-Ümumiyətlə ilk oyunumuzda komandalara bölünəndə hər kəs öz istəyini dedi və mən vəziyyətə görə 1-ci spiker oldum.Məhz bundan sonra 1-ci spikerliyə aid olduğumu anladım.Onu da qeyd edim ki, özüm çox danışan insanam,ancaq özüm haqqında danışmağı sevmirəm.1-ci spikerlər sürətlə və aydın şəkildə danışmağı bacarmalıdırlar.Tamamilə şansla bağlıdır,ancaq bir gün digər spikerlikləri də sınamaq istəyərəm.
-Sizə çətinlik yaradan opponent kim olmuşdur?
-Qarşılaşdığım ən çətin opponent Ümid Mahmudov olub.Final oyunundan fərqli olaraq daxili turnirimizdə Ümid mənim opponentim idi və finalda onunla qarşılaşdım.Ümidlə birbaşa yalnız çarpaz suallar raundunda qarşılaşdıq.Ancaq ən çətin opponent olaraq o xatirəmdə qalıb.
-Son olaraq məktəblilərə nə kimi məsləhətləriniz var?
-Sonda məktəblilər üçün söyləmək istəyərəm ki,Debat ailəsinə qoşulun və Debat fəlsəfəsini anlamağa çalışın.Debat bir oyundur,udmaq da olar,uduzmaq da.Əsas odur ki,oyunun əhəmiyyətini anlayasınız və öyrənməyi öyrənəsiniz.Qocaman debatçılardan biri olan Vüsal Nəzərovun gözəl bir sözü var:"Dəmir parçası üçün yox,debat fəlsəfəsi üçün"
-Maraqlı müsahibəniz üçün təşəkkürümüzü bildiririk...

Müsahibəni aldı: Gülnar Vəliyeva.

"Respublika Məktəblərarası Debat Forumu 2014: Sağlam Həyat Kuboku"-nun finalçısı Sumqayıt şəhər 1 saylı tam orta məktəbin "Kamikadze" komandasının üzvü Samir Süleymanovla olan müsahibəmiz.

"Respublika Məktəblərarası Debat Forumu 2014: Sağlam Həyat Kuboku"-nun finalçısı Sumqayıt şəhər 1 saylı tam orta məktəbin "Kamikadze" komandasının üzvü Samir Rəcəbov olan müsahibəmiz:

-Özünüzü təqdim edin.

-Mən, “Kamikadze” komandasının 2-ci spikeri Rəcəbov Samir.Sumqayıt şəhər İ.Qayıbov adına məktəbin 10-cu sinfində oxuyuram.

-Debatla necə tanış olmusuz?

-Müəllimlərim sayəsində tanış oldum.

-Debatla bağlı ən yadda qalan hadisə hansı olub?

-Əlbətdə ki, Final oyunu.Komandamızın 3-cü spikerinin cıxışı
ve auditoriyanın onu ayaqüstə alqışlaması.

-Debat sizə nə qazandırdı?

-Dünyagörüşü və sərbəst nitq.

-Neçənci spiker kimi çıxış edirdiz?

-2-ci spiker olaraq.

-Niyə məhz 2?

-İki mənə daha yaxın gəldi.

-Hansı opponent sizə çətinlik yaratdı?

-Heç biri.

-Həyatda nə kimi uğurlara nail olmusuz?

- 6-cı sinifdə riyaziyyat olimpiadasında 2-ci yerə layiq görülməyim əsas uğurlarımdan biri idi.

-Bəs gələcəkdə necə, özünüzü hansı sahədə görürsünüz?

-İnformasiya sahəsində irəliləməyə calışacam.

-Son olaraq, məktəblilərə nə kimi tövsiyyələriniz var?

-Tovsiyyəm odur ki,öyrənməyə davam etsinlər və bu yolda həmişə irəliləsinlər.Əminəm ki,həmin şəxslər mütləq uğur qazanacaqlar .

-Müsahibə üçün təşəkkür edirik.

Müsahibəni götürdü: Əliqoşqar Kərimli.

"Respublika Məktəblərarası Debat Forumu 2014: Sağlam Həyat Kuboku"-nun finalçısı Sumqayıt şəhər 1 saylı tam orta məktəbin "Kamikadze" komandasının üzvü Tural Hacıyevlə olan müsahibəmiz.

"Respublika Məktəblərarası Debat Forumu 2014: Sağlam Həyat Kuboku"-nun finalçısı Sumqayıt şəhər 1 saylı tam orta məktəbin "Kamikadze" komandasının üzvü Tural Hacıyevlə olan müsahibəmiz:
-Salam.Özünüzü təqdim edin.

“Kamikadze” komandasının III spikeri Tural Hacıyev.

-Debatla ilk tanışlığınız necə olub?

-İlk dəfə "Qadınların futbol oynaması" ilə bağlı debat turniri olacağı barədə məlumat verilmişdi.Təlimlərdə iştirak etdim.Daha sonra maraqlı olduğunu gördüm və hətta yarışda da iştirak etdim.Ya 2011,ya da 2012-ci il idi.

-Bəs debatla bağlı ən yadda qalan hadisə hansı olub?

-Deməli,həmin turnirdə inkar mövqedə faktımız yox idi.Fikirləşdim ki,təsdiq tərəfə düşəndə qələbə qazansam,növbəti tura keçə bilərəm.İnkar oyununu uduzduq,təsdiq mövqeyini oynayanda çantamı açdım ki,faktlar dostumda qalıb və beləliklə o oyunda məğlub oldum və 2 məğlubiyyətlə məktəbə qayıtdım.

-Debat sizə nə qazandırdı?

-Debat mənə ilk öncə yeni dostlar qazandırdı.Hansı ki,öz düşüncəmdə gördüyüm,danışarkən yorulmadığım insanlar.Bura təlimçiləri,komanda yoldaşlarımı,opponentlərdən bir neçəsini misal göstərə bilərəm.Debata qatıldıqda isə bu mühitin çox yaradıcı,səmimi və maraqlı olduğunu gördüm.Yəni ki, debat mənə düzgün mühiti seçə bilmək bacarığını qazandırdı.

-Bəs həyatda hansı uğurlara nail olmusuz?

-Həyatda uğurum yaşıma görə pis deyil. Xədicə adlı xəstə bir qız var idi.Sosial şəbəkələr üzərindən ona maddi dəstək olduq.Təşkil etdiyimiz konsert nəticəsində 2000 manata yaxın pul yığdıq.Şahmat turnirində iştirak etmişəm.4-cü sinifdə riyaziyyat olimpiadasında 1-ci yer,9-cu sinifdə isə ingilis dilindən olimpiadada 2-ci yer tutmuşam.2 gün əvvəl isə təşkil olunmuş Respublika Məktəblərarası Debat Forumunda 2-ci yerə layiq görülmüşəm.

-Dediniz 3-cü spiker kimi çıxış etmisiz.Niyə məhz 3?

-Həm 1-ci,həm də 2-ci spiker kimi çıxış etmişəm,bu dəfə 3-cü spikerlik məndə necə alınar deyə yoxlamaq istədim.Məncə,alındı ki,finala qədər gəldik. 3-cü spiker də nöqtəni qoyan spikerdir. Ümumən,istənilən hər hansı bir spiker kimi çıxış etməyin öz marağı var.

-Bəs məktəblilərə hansı məsləhətləriniz var?

-Demək istərdim ki, dünyagörüşlərini inkişaf etdirsinlər,bədii kitab oxusunlar..Bir peşə ilə kifayətlənməyin.Debat,şahmat,musiqi və başqa məşğuliyyətlərlə məşğul olsunlar.Səmimi olsunlar və həmişə hörməti saxlasınlar .Kiçiyin yanında böyüklük, böyüyün yanında kiçiklik göstərsinlər.

-Müsahibə üçün təşəkkür edirik.

Müsahibəni götürdü: Əliqoşqar Kərimli .

"Respublika Məktəblərarası Debat Forumu 2014: Sağlam Həyat Kuboku"-nun həm qalibi,həm də 1-ci ən yaxşı natiqi seçilən Bakı Avropa Liseyinin "Debal"komandasının üzvü Ümid Mahmudovla olan müsahibəmiz.

"Respublika Məktəblərarası Debat Forumu 2014: Sağlam Həyat Kuboku"-nun həm qalibi,həm də 1-ci ən yaxşı natiqi seçilən Bakı Avropa Liseyinin "Debal"komandasının üzvü Ümid Mahmudovla olan müsahibəmiz:

- Salam. Özünüzü təqdim edin.

- Salam. Mahmudov Ümid İlham oğlu. Bakı Avropa Liseyinin 10a1 sinfində təhsil alıram.

- Debatla bağlı ən yadda qalan hadisə hansı olub?

- Debat turnirinə liseyimizin hər iki komandasının finala qədər irəliləməsi ümidi ilə qatılmışdıq. Lakin püşkatma nəticəsində ilk oyunda bir-birimizlə qarşılaşdıq. Sözün düzü, bir qədər məyus olduq. Amma nəticədə bu bir yarış olduğuna görə hər bir komanda bizim opponentimiz idi. İki komandamızın qarşı-qarşıya gəlməsi mənim üçün ən yadda qalan hadisə oldu

- Debatla ilk tanışlığınız necə olub?

- İlk öncə ingilis dili müəlliməm İradə Səmədova liseyimizdə Debat təlimlərinə başlamağı təklif etdi. Debatla ilk tanışlığım hal-hazırda ADNA DK-nın üzvü , həmçinin Bakı Avropa Liseyinin məzunu olan Məhəmməd Səmədov və ADNA DK-nın üzvü olan Ayşə Osmanlının liseyimizdə KPD təlimləri zamanı oldu. Təlimlər zamanı Debatın maraq dairəmə uyğun gəldiyini görüb Bakı Avropa Liseyinin daxili debat turniri üçün qeydiyyatdan keçdim. Daxili turnirdə komandamız finala qədər irəlilədi. Finalda məğlub olmağımıza baxmayaraq, spikerlik balım yüksək olduğuna görə liseyin debat klubunun sədr müavini seçildim. Məktəblər arasında Debat Klubu ilk dəfə olaraq 2014-cü il 27 may tarixində Bakı Avropa Liseyində yaradılmışdır. Bu Debat Klubu 28.11.2014 tarixində “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tərəfindən rəsmiləşdirilmişdir.

- Gələcəkdə özünüzü hansı sahədə görürsünüz?

- Hələ ibtidai sinifdən ən böyük arzum ədalətli hüquqşünas olmaqdır. Bu məqsədlə də təhsilimi xaricdə davam etdirməyi planlaşdırıram.

- Debat sizə nə qazandırdı?

- Debat mənə müəyyən bir mövzuya hər iki mövqedən yanaşmağı, qarşımdakı insanın fikirlərinə həmin an düzgün münasibət bildirməyi və öz fikrimin doğruluğuna inandırmaq bacarığını inkişaf etdirdi. Ümid edirəm ki, əldə etdiyim bu təcrübələr gələcəkdə bir çox işlərimdə uğur qazanmağımda böyük rol oynayacaq. Ən əsası isə Debat Turnirləri əsnasında çoxlu dostlar qazandım.

- Həyatınızda nə kimi uğurlar olub?

- Aşağı siniflərdə Karate idman növü ilə məşğul olmuşam. Yarışlarda birinci və üçüncü dərəcəli diplom və medallarla təltif olunmuşam. Ümumiyyətlə, liseyimizin ictimai işlərində,tədbirlərdə həm aparıcı kimi çıxış etmiş, həm də müxtəlif rollar ifa etmiş və şeirlər söyləmişəm. Bunlardan ən yadda qalanı R.Behbudov adına Muğam teatrında keçirilən Hüseyn Cavidin 100 illiyinə həsr olunmuş “Cavid Əfəndi” adlı ədəbi-bədii kompozisiyada Cavidin oğlu Ərtoğrulu canlandırmağım olub. Bundan əlavə “Qanlı Yanvar uşaqların gözü ilə” rəsm müsabiqəsində çəkdiyim rəsm Azərbaycan Qadın və İnkişaf Mərkəzi adından təşəkkür məktubuna layiq görülmüşdür. Daha sonra, Məktəblilərin Ətraf Mühitin Mühafizəsi üzrə 6-cı Beynəlxalq Layihə Olimpiadasında (İNEPO-AVRASİYA) setifikatla təltif olunmuşam. İnformatika sahəsində bir çox nailiyyətlər əldə etmişəm. 2013-cü il UNESCO IITE AND ASP-net-in LFF (LEARNING FOR THE FUTURE) İKT üzrə pilot layihəsi çərçivəsində "ICT Masters Organization" təşkilatının üzvü olduģum üçün beynəxalq sertifikata layiq görülmüşəm. Liseyimizin və digər məktəblərin müəllim və şagirdlərinə bir çox mövzuda təlimlər keçmişəm. Hal-hazırda bir neçə həftə sonra Azərbaycan Dövlət İqtisad Universitetində “Sabah Qrupları”-na keçəcəyim “ActivInspire vasitəsilə interaktiv təlimlərin təşkili” mövzusunda lahiyə hazırlaşıram. Bununla bərabər məktəbimizdə TEDxBEL yaradılacaq. Həmin lahiyənin təşkilatçılarından biri olacağam. Son uğurum isə bir neçə gün bundan əvvəl bizə böyük qələbə sevinci yaşadan debat turniri ilə bağlıdır. Mən çox xoşbəxtəm ki, çəkdiyimiz əziyyətin bəhrəsini gördük. Respublika Debat Forumunda çempion olduq. Mən Respublika Debat Forumunun 1-ci ən yaxşı natiqi adına layiq görüldüm. Qələbə qazanmağımıza əsas səbəb isə turnirdə ən yaxşı 3-cü natiq seçilən Nihad Əliyev və komandamızın aparıcı qüvvələrindən biri olan və son zərbəni vuran 3-cü spiker Aysu Məcidli idi.

- Neçənci spiker olmusunuz?

- İkinci spiker olmuşam.

- Niyə məhz 2?

- Debat yarışlarında opponentin arqument və fikirlərini təkzib etmək, onlara münasibət bildirmək və bu məsuliyyəti öz üzərimə götürmək üçün ikinci spiker olmağı üstün tutdum.

- Sizə çətinlik yaradan opponent kim olmuşdur?

- Sözün düzü, yarış boyunca bizə çətinlik yaradan opponentlə qarşılaşmadıq. Hər bir opponent öz-özlüyündə güclü idi. Amma ADNA Debat Klubunun debatçılarının məşqlərdə bizə öyrətdikləri, özümüzə və qələbəyə olan inamımız uğur qazanmağımıza səbəb oldu. ADNA DK-nın keçmiş sədri Vüsal Nəzərovun BAL DK üçün işlətdiyi belə bir ifadə var: “Sizin müəyyən bir mövqeyinizdəki oyununuzdan daha güclü mövqe, yenə də sizin özünüzün əks mövqedə çıxış edərkən göstərdiyiniz oyundur.”

- Son olaraq məktəblilərimizə nə demək istərdiniz?

- Məktəblilərimizə demək istərdim ki, debat təlimlərində iştirak etsinlər, debat fəlsəfəsini dərindən mənimsəsinlər, məktəblərində debat klubu yaratsınlar və turnirlərdə aktiv iştirak etsinlər. Çünki debat nəticəsində onlarda sərbəst fikir yürütmək, araşdırmaq və natiqlik bacarığı inkişaf edəcək.
Əlavə olaraq,qələbəyə gedən yolda bizə şərait yaradan direktorumuz Zülfiyyə Veysovaya və ADNA DK-nın bütün üzvlərinə dərin minnətdarlığımı bildirirəm.

-Maraqlı və səmimi müsahibə üçün təşəkkür edirik.

Müsahibəni aldı: Gülnar Vəliyeva .

"Respublika Məktəblərarası Debat Forumu 2014: Sağlam Həyat Kuboku"-nun qalibi və Bakı Avropa Liseyi Debat Klubunun sədri Aysu Məcidli ilə olan müsahibəmiz.

"Respublika Məktəblərarası Debat Forumu 2014: Sağlam Həyat Kuboku"-nun qalibi və Bakı Avropa Liseyi Debat Klubunun sədri Aysu Məcidli ilə olan müsahibəmiz:

-Salam.Özünüzü təqdim edin.

-Salam. Məcidli Aysu. BAL DK sədri.

-Debatla bağlı ən yadda qalan hadisə hansı olub?

-Əslində sualın cavabı çox genişdir,mənim üçün. Hər dəqiqəsi yadda qalan olur,məncə,debatın. Həm öyrəndiyimiz hər şey yadımızda qalır, həm dediyimiz cümlələr təkrar-təkrar ağlımızdan keçir oyunlardan sonra. Amma bu illər mənim üçün həmişə unudulmaz olacaq,bundan əminəm.

-Debatla ilk tanışlığınız necə olub?

-Debatla tanışlığımızın səbəbi İradə Səmədova (ingilis dili müəlliməsi) olmuşdur. Məktəbimizin məzunu Məhəmməd Səmədov ilə Ayşə Osmanlının keçdikləri təlimlərdə debatla tanış oldum. Məktəbimizdə onlar bu potensialı gördü və klub yaratmaq məqsədilə bu işə başladılar.Əslində məqsəd əvəllər o qədər də debatla bağlı deyildi.İlk təlimimizi xatırlayıram.Sonra klub, sədrlik, turnir söhbəti açıldı. İkinci spikerimiz Ümid ilə mərcə girdik. Sonra başımız tamamən debata qarışdı və özümüzü daxili turnirimizdə tapdıq.Daha sonra klub yaradıldı, DVC tərəfindən rəsmiləşdirildi və Respublika çempionu oldu.

-Gələcəkdə özünüzü hansı sahədə görürsünüz?

-Gələcəkdə hansı sahədə olsam da,debatla əlaqəmi kəsməyəcəyimdən əminəm. Ən azından bir məşğuliyyət kimi.

-Debat sizə nə qazandırdı?

-Debat mənə bir çox şey qazandırıb. ADNA DK debatçıları kimi dostlar, Məhəmməd Səmədov kimi məşqçi, fərqli fikir, özümdən əminlik, həyat tərzimdə bir çox dəyişiklik bağışladı. Təbii ki,çempionluğun üstündən keçmək olmaz. Bizim üçün böyük uğurdur, amma bu uğurdan əvvəl mən böyük qayğı gördüm. Bu uğurdan əvvəl mən sözün əsl mənasında yaxşı insanlar tanıdım, bir yolda onlarla insanla eyni anda addım atmağı öyrəndim və yaşadım. Gözəl anlar bağışladı mənə debat.

-Həyatınızda nə kimi uğurlar olub?

-Hal-hazırda UNESCO-nun LFF lahiyəsi çərçivəsində BAL-da yaradılmış ICT MASTERS ORGANIZATION-un üzvüyəm.”Advanced” dərəcəsi almağım,distantlara, tələbələrə,müəllimlərə təlim keçməyim mənim üçün uğurdur. Kiçik Elmlər Akademiyasının IX elmi-praktik konfransında psixologiya bölməsi üzrə "Sözün gücü" adlı elmi iş müdafiə etdim və birinciliyə layiq görüldüm. Heydər Əliyevin 91-ci illiyinə həsr olunmuş tələbə-şagird elmi konfransında "Bölmənin ən yaxşı məruzəçisi". 2014-cü ildə "Liseyin ulduzu" adı. Special Gənclər klubundan sertifikat və s. Əslində kağızların,dəmir parçalarının əhəmiyyəti yoxdur. Uğur deyəndə mənim üçün bütün bu işlərin içində mənəvi cəhətdən qazandıqlarım nəzərdə tutulur. Xoş münasibətlər məndə motivasiya yaradıb həmişə.

-Neçənçi spiker olmusunuz?

-Əvvəl 1-ci spiker olaraq özümü sınadım. Sonra 3-cü spikerlik daha yaxşı alındı və 3-cü spiker olaraq çıxış etdim.

-Niyə məhz 3?

- 3-cü spikerin əsas məqsədi komandanın son sözünü deməkdir. Bütün oyunu gormək, dinləyə bilmək, daha yaxşı alınırdı.

-Sizə çətinlik yaradan opponent kim olmuşdur?

-Mənə və eyni zamanda komanda yoldaşlarıma,əminəm ki,çətinlik yaradan opponentlərdən biri forumdakı ilk opponentimiz oldu. Yenə elə öz məktəbimizin ikinci komandası. Keyslər məlum olduğu üçün oynamaq çətin idi. Öz aramızda gözümdə həmişə güclü olan spiker Ümid Mahmudov olub. Ən yaxşı spikerin komanda yoldaşı olduğum üçün fəxr edirəm.

-Son olaraq məktəblilərimizə nə demək istərdiniz?

-Məktəblilərə sözüm,onlar da debatla maraqlanmalıdırlar. Biz maraqlandıq,məqsəd qoyduq, və məqsədimizdən daha çox şeyə nail olduq. Debat heç bir zaman vaxt itkisi olmayıb. Mənəvi, intellektual qazancdır debat. Hər kəsə uğurlar!

-Müsahibə üçün təşəkkür edirik.

Müsahibəni götürdü: Gülnar Vəliyeva .

Want your business to be the top-listed Autos & Automotive Service in Baku?

Click here to claim your Sponsored Listing.

Videos (show all)

Yay mektebi

Website

Address

Cəfər Cabbarlı 44, Caspian Plaza 2/16
Baku
AZ1065

General information

«Vətəndaş Cəmiyyətində Debat» İctimai Birliyi öz fəalliyətini Azərbaycanda 1999-cu ildən «Debat» təhsil proqramı kimi başlamışdır. İctimai Birlik kimi 2001-ci ildə təsis edilib, 2005-ci ilin yanvar ayında Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən təşkilatımız 2005-ci və 2007-ci illərdə ilin ən yaxşı gənclər QHT-si kimi xüsusi diplomla təltif olun-muşdur və 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəal gənclər ilə görüşündə iştirak etməyə layiq görülmüşdür.
Other Baku autos & automotive services (show all)
N.A.Z.Z N.A.Z.Z
Baku

BURADA:Xına təşkili, istənilən əl işləri, bijuteriya, cehizlik mallar, istənilən kompüter xidmətləri vardır!

Hollandhouse-az.com Hollandhouse-az.com
Z. Tagiyev Street 12
Baku

www.hollandhouse-az.com Новый Голландский интернет магазин для женщин и детей. модные товары по оригинальному дизайну из Голландии.

Ateshgah Restaurant Ateshgah Restaurant
Balandin Küçəsi
Baku, AZ1000

Narmin Art Designer Narmin Art Designer
Muslum Maqamayev 8 Old City
Baku

Narmin Art Studiya

Avto Motor Servis MMC Avto Motor Servis MMC
Suleyman Sani Axundov 453
Baku, AZ1031

Auto Spa - Car Wash Auto Spa - Car Wash
Rashid Behbudov Str.
Baku

Первая Мобильная Автомойка Мойка автомобилей в любое время и в любой точке Баку! Скоро..

elsever_usta elsever_usta
Baku

Aude Volkswagen Porsche skoda siat temiri gorulen iwlere zamanet

Azrentcar Azrentcar
U.Bunyadzade 17
Baku, AZ1007

Трансфер в аэропорт; Аренда автомобилей

Visit Baku Azerbaijan / Travel to Azerbaijan Visit Baku Azerbaijan / Travel to Azerbaijan
Jafar Jabbarli Str. 44, Caspian Plaza.
Baku, AZ1065.

IN Travel was founded in 2013. The main goal of our company is to provide the guests with the opportunity to ride on a affordable expense and to enjoy the.

Tormuz Tormuz
J.Jabbarlı 44, Caspian Plaza, 1st Floor, Welcome Travel
Baku, AZ1065

AVTOMARKET-avto ehtiyyat hisseleri AVTOMARKET-avto ehtiyyat hisseleri
Baku, [email protected]

VİP avtomobil xidmətləri.

Professional Business Services Professional Business Services
Əhməd Rəcəbli 19
Baku

BİZNES, VERGİ və MÜHASİBATLIQ xidmətləri